“AtaTexnologiya” MMC Litva Ticarət evini proqram təminatı ilə təmin etdi

Tarix: 2009-05-13

"AtaTexnologiya"   MMC Litva Ticarət evini "Netsis"  proqramı ilə təmin etmək işlərini davam etdirir.  Bu proqram  hüquqi şəxslərin istehsal,  satış, mühasibat uçotu və s. kimi bütün ehtiyaclara  cavab verən bir proqramdır. "AtaTexnologiya" MMC "Netsis" şirkətinin Azərbaycanda  nümayəndəsidir. "Netsis" proqramı  "AtaTexnologiya"  MMC tərəfindən  Azərbaycan dilinə və  qanunlarına uyğunlaşdırılıb.    Proqram "Litva Ticarət" evinin anbar uçotunu, mühasibatlıq - maliyyə və loqistika işlərini tam əhatə edir.  "AtaTexnologiya" MMC  görülən işləri iki mərhələdə aparmağı planlaşdırıb.  Birinci mərhələdə  proqram təminatının təmin edilməsi, ikinci mərhələ  isə satışın "Windows Mobile" əməliyyat sistemini dəstəkləyən  əl terminalları  üzərində  tətbiq olunması olacaqdır.    

            "AtaTexnologiya"  MMC 2004-cü ildə  "AtaHoldinq"  ASC tərəfindən  yaradılmış və 2005-ci ilin fevral ayından fəaliyyətə  başlamışdır.  Şirkətin fəaliyyəti üç əsas istiqamətə: İnformasiya  texnologiyaları avadanlıqları, proqramların satışı, servis və dəstək  istiqamətlərinə ayrılır.  "AtaTexnologiya"  MMC işləri günün tələbləri səviyyəsində qurur. Bu "AtaHoldinq"  şirkəti  sadəcə texnoloji sistemləri təqdim etmək deyil,  kompleks məhsul və avadanlıqları ilə üstünlük təşkil edib, proqram təminatlarını  bazara çıxararaq müştəriləri razı salmaq, onlara məsləhət və tövsiyələr  vermək məqsədini   qarşısına qoyur.

            Beləliklə, "AtaHoldinq"in nəzdində yaranan bütün şirkətlər Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədirlər, və bununla da,  "AtaHoldinq"-in özünə seçdiyi "Sinerji Azərbaycan üçün"  şüarını doğrultmaqda davam edirlər.

 

Copyright © 2008    Developed by