|
“NETSİS” proqramının müxtəlif şirkətlərdə tətbiq olunması Tarix: 2008-02-24 Artıq Azərbaycanda böyük şirkətlərin menecerləri gündəlik işlərində informasiya axını ilə tez-tez üzləşirlər. Məhz bu baxımdan, biznes proseslərinin avtomatlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Avtomatlaşdırma həqiqətən də menecerlərin gündəlik fəaliyyətində çoxlu sayda lazımsız, bürokratik əməliyyatları minimuma endirir ki, bu da menecerlərin biznes fəaliyyətində qısa bir müddətdə yüksək nəticələrə gətirib çıxarır. Bununla yanaşı, tam avtomatlaşdırma şirkətin bütün bölmələrindəki işlərində dəqiq və şəffaf nəticələr əldə etməyə imkan verir.Azərbaycandakı mövcud uçot sisteminin yaxın gələcəkdə Beynəlxalq Uçot Sisteminə keçməsi ilə əlaqədar ERP (Enterprise Resourse Planning- müəsissənin resurslarının planlaşdırılması) sistemləri bu prosesdə böyük rol oynayacaq. ERP sistemlər üzərində işləyən proqram təminatları, xüsusilə də "AtaTexnologiya" MMC-nin Azərbaycanın İKT bazarına təklif etdiyi "NETSİS" proqram təminatı parametrikdir, yəni istənilən hesab planına və mövcud olan qanunvericilik əsasında çalışan proqramlar qrupuna aid edilir. |
||
|